Middlton körpəsinin dünyaya gələcəyi tarixi açıqladı

Middlton körpəsinin dünyaya gələcəyi tarixi açıqladı
2749 dəfə oxunub
  • A-
  • A
  • A+

İkinci dəfə ana olmağa hazırlaşan Keyt Middlton həyat yoldaşı şahzadə Uilyamla birlikdə xeyriyyə tədbirinə qatılıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, hamiləliyinin son günlərini yaşayan şahzadə övladını dünyaya gətirəcəyi tarixi açıqlayıb. Belə ki, Kembric hersoginyası aprelin sonunda ikinci dəfə ana olacaq.

33 yaşlı Middlton övladının cinsiyyətini sirr saxlayır. Yaxınları onun qızı olacağını və cütlüyün körpəyə mərhum şahzadə Diannanın adını qoyacağını deyib.

Qeyd edək ki, Uilyam və Keyt cütlüyünün bir oğlu var.