Elnur Hüseynovun promo-turundan yeni videolar

Elnur Hüseynovun promo-turundan yeni videolar
2448 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanı "Eurovision-2015"də təmsil edəcək Elnur Hüseynov Macarıstanda promo-turdadır.

Əvvəlcə М1 telekanalının “Kívánságkosár” səhər şousunun qonağı olan E.Hüseynov "Hour of the wolf" mahnısını oxuyub. Daha sonra isə aparıcının suallarını cavablandırıb.

O, "Eurovision-2008" və "O səs Türkiyə"dəki uğurları haqqında da danışıb. Həmyerlimiz macar jurnalistlər üçün azərbaycanca "Saçlarına gül düzüm" mahnısını da ifa edib.

Səfər zamanı Elnur bu il "Eurovision"da Macarıstanı təmsil edəcək müğənni Boqqi ilə şəhər gəzintisinə çıxıb.

Axşam.az həmin videoları təqdim edir.