Tünzalə Ağayeva Kelli Coysla duetindən danışdı - fotolar

Tünzalə Ağayeva Kelli Coysla duetindən danışdı - fotolar
1477 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Ağayeva media nümayəndələri ilə görüşüb.
 
Axşam.az-ın məlumatına görə, müğənni fransız ifaçısı Kelli Coysla oxuduğu duetlə bağlı xəbər verib:

“Kelli  ilə birlikdə “Bakımın üzü gülür” adlı mahnını oxuduq, klip çəkdirdik. Bu beynəlxalq layihədir. Kelli bundan əvvəl Bakıda olanda tədbirlərin birində görüşmüşdük. Duet təklifini mən etdim. Bəstənin sözlərini İsmayıl Dadaşov, musiqisini isə mən yazmışam. Sözləri ingilis dilinə Zəhra Bədəlbəyli çevirib. Klipi Bakıda iki günə çəkdik. Rejissor Ukraynadan gəlmişdi. Geyimlərim Gülnarə Xəlilovaya aiddir. Kelli mahnıda bir hissəni Azərbaycan dilində oxuyub. Kelli Qazaxıstanda da tanınır. Orada at kəsib yeyirlər deyə, ora gedəndə həmişə ağlayır”.

Mərasimə qatılan K.Coys həyəcanlı olduğunu bildirib:

“Çox xoşbəxtəm. Bakını çox sevirəm. Avropalıların da sizin ölkəyə böyük marağı var. Əslən afrikalıyam. Saçım qırmızı olduğundan babam həmişə deyirdi ki, azərbaycanlısan. İdmanı çox sevirəm. Tennis oynayıram, atçılıq və üzgüçülüklə məşğul oluram”.

T.Ağayeva mayda solo konsert verəcəyini də deyib. “Xoş gəldin” adlanacaq mərasim mayın 22-si və 23-də baş tutacaq.

FOTO: Ramin ASLANOV