Bakıda ilk dəfə Azərbaycan moda həftəsi keçiriləcək

Bakıda ilk dəfə Azərbaycan moda həftəsi keçiriləcək
1504 dəfə oxunub
  • A-
  • A
  • A+

11-14 may 2015-ci il tarixlərində "Fairmont Baku" ("Flame Towers") otelində ilk rəsmi Azərbaycan Moda Həftəsi keçiriləcək.

Axşam.az-ın buro247.az-a istinadən məlumatına görə, dörd gün ərzində Azərbaycan və beynəlxalq moda sənayesi istedadlarının adları ilə müxtəlif nümayişlər, təqdimatlar, sərgilər və tədbirlər keçiriləcək. Moda həftəsinin əsas hədəfi Azərbaycanda böyüyən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün uyğun şərtlərin yaradılmasıdır. Yeri dizaynerlərlə bərabər, burada Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, eləcə də Fransa və İtaliya kimi xarici ölkələrdən dizaynerlər iştirak edəcək.

Tədbirdə xarici moda sənayesi ekspertləri, o cümlədən, ən böyük pərakəndə moda şəbəkələrinin və mağazalarının bayerləri, yerli və xarici jurnalların, PR agentliklərinin təmsilçiləri iştirak edəcək.

Dəfilə və nümayişlər Fairmont Baku otelinin bal zalında keçiriləcək. Moda həftəsi çərçivəsində fotoqraf və jurnalistlər üçün xüsusi master-klass və treninqlər keçiriləcək.