Bakıda cavanlaşdığı deyilən Ebrunun sirri üzə çıxdı

Bakıda cavanlaşdığı deyilən Ebrunun sirri üzə çıxdı
11686 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Ebru Gündeşin 40 yaşı olmasına baxmayaraq, bu qədər gənc qalmasının sirri ortaya çıxıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, botoks etdirdiyi, hətta Bakıda alternativ tibbdən yararlanaraq cavanlaşdığı deyilən sənətçi əslində başqa üsuldan faydalanır.

Belə ki, Ebru hər il Londona gedərək dünya ulduzlarının cavanlaşdığı klinikada üzünə “Hörümçək toru” plastik əməliyyatını etdirir. Bu əməliyyat növündə neştər yerinə, iynə və saplardan istifadə olunur. Həmin saplar dəri altına yerləşdirilərək üzün gərilməsini təmin edir.

Bununla da E.Gündeş 10 yaş gənc görünür.