Demet Akalın qızının fotosunu paylaşdı - ilk dəfə

Demet Akalın qızının fotosunu paylaşdı - ilk dəfə
6392 dəfə oxunub
  • A-
  • A
  • A+

Demet Akalın ilk dəfə qızı Hiranın fotosunu paylaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, göz dəyməsin deyə qızının fotolarını heç vaxt paylaşmayan ifaçı bu qadağaya son qoyub. Demet İnstaqram hesabında həyat yoldaşı və qızı ilə çəkilmiş fotosunu paylaşaraq yazıb:

"Nə yaxşı ki, anadan olmuşam. Dünya gözəli ailəm var. Canım həyat yoldaşım, canım qızım, sizi sevirəm. Bu da doğum günümə xüsusi: Hiramı görmək istəyənlərə".

Qeyd edək ki, müğənninin bu gün 43 yaşı tamam olur.