Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - video

Kamal Doğulu "Best model of Azerbaijan"ı tənqid etdi - video
15004 dəfə oxunub
  • A-
  • A
  • A+

TV8-in dəb proqramı "İşte benim stilim"də iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova bugunkü buraxılışda yenə də diqqət mərkəzində olub.

Axşam.az-ın məlumatına görə, veriliş boyu digər yarışmaçılarla mübahisəli anlar yaşayan Sima münsiflər qarşısında da çətin anlar yaşayıb. Münsif Kamal Doğulu Azərbaycanda keçirilən "Best model of Azerbaijan"ı tənqid edib.
 
O, Simaya xitabən "Bura gözəllik yarışması olsaydı, sən ilk beşliyə girməzdin. Bir gözəllik yarışmasında birinci olmusan. Məncə, həmin müsabiqənin münsifləri çox zövqsüz imiş" deyib.

S. Şərəffətdinova isə "Bu sizin fikrinizdir. Məncə isə burada birinciyəm" deyərək cavab verib.

Qeyd edək ki, 17 yaşlı S.Şərəfəttinova "Best Model of Azerbaijan"ın 2014-cü il birincisidir.