"Yoldaşım teatrda işləməyə qoymur" - əməkdar artist

"Yoldaşım teatrda işləməyə qoymur" -  əməkdar artist
6760 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Məsmə Aslanqızı “Yeri gəlmişkən” verilişinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, ailə qurduqdan sonra efirdən uzaqlaşan aktrisa teatrdan getməsinin səbəblərini açıqlayıb:

“Həyat yoldaşım teatrda işləməyə qoymur. Teatrdan getdiyimi qohumlarım eşidəndə narazıçılıq etdilər. Həyat yoldaşımı incitmək istəmirəm. Ona görə də sözündən çıxmadım. Nə vaxtsa məni başa düşəcək və işlə təmin olunmağımı özü təşkil edəcək. Yoldaşımın çox yaxşı qardaşları var. Ailə quranda iki qardaş qazandım. Ümumiyyətlə, onun qohumlarından çox razıyam. Hər bir qayınanada övladına qarşı qısqanclıq olur. Neçə il övlad böyüdür və onu başqasına verir. Qayınananı pisləyə bilmərəm. Çünki gələcəkdə oğlum olsa, bilmirəm mən necə davranacam”.