Səcdənin düzgün qaydası

Səcdənin düzgün qaydası
2612 dəfə oxunub
  • A-
  • A
  • A+

Əgər insan səcdəyə getdikdən sonra zikri deməsə belə, səhvən başını yerdən (möhürdən) qaldırsa, bir səcdə etmiş sayılar.

Axşam.az-ın islam.az-a istinadən məlumatına görə, bu, birinci səcdədə baş verərsə, diz üstə oturub, ardınca ikinci səcdəni yerinə yetirsin. Əgər ikinci səcdədə baş verərsə, səcdələri bitmiş hesab edin. Əgər qeyri-ixtiyari olaraq (məsələn, öskürək tutsa, kimsə kənardan ona dəysə) alnı yerdən üzülsə, yenə də bunu bir səcdə kimi qəbul edin.

Əgər alnı yerdən üzüldükdən sonra qeyri-ixtiyari olaraq yenə yerə dəysə, eybi yoxdur. Zikri deməmiş olarsa, bu halda zikri desin. Ayətullah Sistaninin fətvasına əsasən, bu halda səcdənin bir hissəsi olmaq niyyəti ilə yox, Allaha yaxınlıq (qürbət) niyyəti ilə zikri söyləsin. Əgər insan alnını möhürdən ayırmadan möhürlə birlikdə kənara sürüşdürsə, bunun heç bir eybi yoxdur.