113 yaşlı Xavər nənə: "İş insanın cövhəridir" - video

113 yaşlı Xavər nənə: "İş insanın cövhəridir" - video
1508 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaşında bağ-bostanı əkib becərir, toyuq-cücə saxlayır.

Bu Xavər nənə ilə ikinci görüşümüz idi. İlk dəfə onunla 2012-ci ilin sonlarında görüşmüşdük. O vaxtdan bu yana heç nə dəyişməmişdi. Nə Cəlilabadın Ağdaş kəndi, nə də Xavər nənə. Dəyişən yalnız illər idi. İndi Xavər nənənin düz 113 yaşı tamamdı.

"Elə təvəllüdümlə desəm 1902-ci ildə Cəlilabadın dağ Badamağacı kəndində anadan olmuşam" - deyir Xavər nənə. İki qardaşın tək bacısı olan Xavər Məmmədovanın uşaqlıq illəri doğma kəndlərində keçib.

İki əsri demək olar ki, dizi altına qatdalayan nənə təhsil ala bilməyib. İki dəfə ailə həyatı quran qəhrəmanımız deyir ki, birinci dəfə çox erkən ərə gedib. İlk həyat yoldaşı o vaxt Xavər nənəgilə bal almaq adı ilə gələrkən onu görüb.

İki dünya müharibəsinin şahidi Xavər nənə qız gəlinlərə adət-ənənələri, ev-eşik qaydalarını öyrətməyi də unutmayıb. "İş insanın cövhəridir" - deyən nənə indi də işləməkdən çəkinmir. Əli yetən, gücü çatan işlərin qulpundan yapışıb gəlinlərə kömək edir.

İki övladı olan Xavər nənə 14 nəticə sahibidir. Indi ən böyük arzusu isə ömür vəfa etsə, böyük nəticəsini evləndirib kötükcə sahibi olmaqdır.

Region TV