Yanğın baş verən bina hasara alınır - fotolar

Yanğın baş verən bina hasara alınır - fotolar
2130 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Binəqədi rayonu ərazisində yanğın baş vermiş yaşayış binası hasara alınır.

Axşam.az-ın Report-a istinadən məlumatına görə, hazırda hasarlama işləri davam etdirilir.

Bundan əlavə, paytaxt sakinləri faciə qurbanlarını hələ də, yad etməkdədirlər. Belə ki, onlar binanın önünə gələrək ora gül dəstələri qoyur və şam yandırırlar.

Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunun Azadlıq prospektində yerləşən hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb və ya zəhərlənib.