Emin "İlin dueti" mükafatını alıb - fotolar

Emin "İlin dueti" mükafatını alıb -  fotolar
1738 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvada “Crocus City Hall”da Ru.TV-nin beşinci mükafatlandırma mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, gecədə mükafata layiq görülənlər arasında müğənni-bəstəkar Emin də yer alıb. Onun rusiyalı ifaçı Svetlana Loboda ilə birlikdə səsləndirdiyi “Smotriş v nebo” (“Göyə baxırsan”) mahnısı “İlin dueti” nominasiyası üzrə birinci olub.
 
Eminin adı yazılmış köynək geyinən pərəstişkarları əllərində şarlar və kağızlarla ona sürpriz hazırlayıb, müğənnini təbrik ediblər.

Gecədə mükafat alanlar arasında Ani Lorak, Sergey Lazarev, “Serebro” və başqaları olub.

Qeyd edək ki, Emin müsabiqədə beş nominasiya üzrə yarışırdı:  "Ən yaxşı duet" (Svetlana Loboda - "Smotriş v nebo"), "Ən yaxşı mahnı" ("Ya luçşe vsex jivu"), "Ən yaxşı müğənni", "Ən yaxşı konsert proqramı", "Sevənlər və sevməyənlər".