Xoşqədəm Hidayətqızının ANS-də yayımlanan “Sən tək deyilsən” verilişində yenilik olacaq.
Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, sabahdan verilişdə sosial məsələlər və aliment barədə geniş müzakirələr aparılacaq.
Bunu “Sən tək deyilsən” verilişində Xoşqədəm Hidayətqızı özü deyib.
Aparıcının sözlərinə görə, əsasən sosial məsələlərin müzakirə olunacağı verilişdə maarifləndirici fikirlər yer alacaq.