Birinci xanım şahzadə ilə görüşdü - fotolar

Birinci xanım şahzadə ilə görüşdü - fotolar
1605 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın birinci xanımı Mişel Obama qızları Malia və Saşa ilə birlikdə Böyük Britaniyaya səfər edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Stansted hava limanında qarşılanan prezident ailəsi daha sonra Londonda Kensinqton sarayında şahzadə ilə görüşüb. Mişel Harri ilə əsasən hərbçi ailələrinə sosial dəstək məsələlərini müzakirə edib.

Səfərinin məqsədi Amerika ilə Britaniyanın təhsil sahəsində təcrübələrini bölüşmək olan birinci xanım “Let Girls Learn” (“Qoy qızlar öyrənsin”) proqramı çərçivəsində çıxış edib. Proqramın məqsədi məktəbə getmək imkanı olmayan 62 milyondan çox qızın baza təhsil şərtlərini təmin etməkdir.

Mişel Obama səfəri çərçivəsində “Mulberry School for Girls” qızlar məktəbinə də baş çəkib.

Birinci xanım daha sonra nümayəndə heyətinə rəhbərlik etdiyi “Expo-2015” beynəlxalq sərgisinə qatılmaq üçün İtaliyaya yola düşəcək.