"Bakı 2015"in bağlanışındakı ifam dünyaya ismarışdır"

"Bakı 2015"in bağlanışındakı ifam dünyaya ismarışdır"
1464 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakı 2015” İlk Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan hadisələrdən biri də kamança ifaçısı Elnur Mikayılovun çıxışı idi.

Axşam.az-ın məlumatına görə, təəssüratlarını bölüşən musiqiçi çıxışının ismarış xarakteri daşıdığını vurğulayıb:

“Tarın Azərbaycanın milli aləti olduğu YUNESKO-da da təsdiqini tapıb. Kamança da bizim milli alətimizdir. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna bir neçə dəfə cəhd ediblər. Eyni zamanda İrandan da belə bir iddia ilə çıxış edənlər olub. Hətta YUNESKO-ya təqdim etmək üçün sənədlər hazırlanır. Bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət aldım və təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterini göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın milli alətimiz olduğunu göstərdik”.