"Bakı 2015"in qızıl medalçısının atası: "Qızlar məndən Rəsulu istəyir"

"Bakı 2015"in qızıl medalçısının atası: "Qızlar məndən Rəsulu istəyir"
7108 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı 2015”in qızıl medal sahibi Rəsul Çunayevin valideynləri “Günə baxan” verilişinin qonağı olublar.

Axşam.az-ın məlumatına görə, güləşçimizin atası Həmzət Çunayev övladını evləndirmək istədiyini deyib:

“Rəsul subaydır. Qismət olsa, olimpiadadan sonra hamını oğlumun toyuna çağırarıq. Gəlin namizədimiz yoxdur. Özü də ailə qurmaq üçün qız axtarmır. İndi qızlar özləri bizdən Rəsulu istəyirlər”.

İdmançımızın anası isə “Uşaqlıqdan dəcəl idi. Bütün ev işlərində mənə kömək edərdi. İki qızım da var. Heç qızlarıma ehtiyac yox idi. Hər işdə Rəsul köməyimə çatırdı. Ailəyə bağlı uşaq olub”, - deyə, əlavə edib.