"Viber"dən yenilik

"Viber"dən yenilik
3199 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən populyar messencerlərindən biri “Viber” yenilənərək “iPad” planşetlərini tam dəstəkləməyə başlayıb.
 
Axşam.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, “Windows”, “OS X”, “Android”, “Windows Phone”, “BlackBerry” və “Symbian” əməliyyat sistemlərinin istifadəçiləri uzun müddətdir messencerin istənilən əlavəsindən istifadə etməklə dünya üzrə pulsuz zənglər etsələr də, “iPad” sahibləri bu imkandan yararlanmaqdan kənarda qalmışdı.
 
Messencerin “App Store” əlavələr mağazasında yerləşdirilməsindən beş il ötüb və yenilənmə sayəsində "Viber”in bütün funksiyalarından “iPad” planşetlərində tam istifadə mümkün olub.
 
"Viber”in son versiyasını https://itunes.apple.com/ru/app/viber/id382617920?mt=8 linkindən yükləmək olar.