"Yazıb ki, mənə 2 min manat ver" - Məleykə Əsədova

"Yazıb ki, mənə 2 min manat ver" -  Məleykə Əsədova
3571 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə onun ünvanına yazılanlardan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, aktrisa “Yeri gəlmişkən” verilişində ondan borca pul istəyənlərdən bəhs edib:

“İnsanlar var ki, adamdan çox umurlar. Qarşılıq verməyəndə isə inciyirlər. Dünən biri İnstaqramda yazıb ki, nə mən, nə də həyat yoldaşım işləyir. Bizə 2 min manat kömək edərsiz? Mən aktrisayam, hardan alım? Verirəm iş yerinin nömrəsini ki, get çalış. Deyir, “Mən oxumamışam”. O adama pul versəm, gəl pəncərəmi sil, mənə etiraz edər ki, sənin üçün pəncərə silənəm? Hamı nazir, həkim, alim ola bilməz. Hərənin bir peşəsi var. Əsas odur ki, çalışıb, pul qazanasan".