Boşandıqdan sonra evi də satdı

Boşandıqdan sonra evi də satdı
2961 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur komediya aktyoru Ata Demirer həyat yoldaşı Özge Borakdan boşandıqdan sonra birgə yaşadıqları evi satışa çıxarıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçən il sürpriz şəkildə ayrılan cütlüyün qərarı hər kəsi təəccübləndirmişdi. Özge boşanmadan sonra Cihangirdəki evlərindən anasıgilə köçüb.

Demirer isə ayrılığın ardından bütün günü evdə yüksək səslə lirik mahnılara qulaq asaraq, klarnetdə ifa edərək qonşularını narahat edirmiş.
 
Qonşuları "Onsuz da ayrıldığı üçün kefi yoxdur, biz də polisə şikayət etsək, lap pis olar" deyərək narahatlıqlarını bildirməyiblər.

Artıq özünü toparlayan aktyor işə gedir. O, Özgenin gəlin köçdüyü və uzun müddət xoşbəxt yaşadıqları ev üçün alıcı axtarmağa başlayıb.