İradə İbrahimova doğulacaq oğlunun adını açıqladı

İradə İbrahimova doğulacaq oğlunun adını açıqladı
9824 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İradə İbrahimova dünyaya gələcək oğluna qoyacağı adı açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi eyni zamanda ona pəhriz saxlaması ilə bağlı verilən sualları cavablandırıb:

“Hamilə qadının pəhriz saxlaması lazımsızdır. Sağlam qidalanmağa çalışdım. Özümü yox, uşağı qidalandırdım. Arada öz istədiyimi də yedim. İpəyin qısqanmaması üçün əlimdən gələni edirəm. Qardaşı ilə bağlı nə olursa, onun da fikrini soruşuram. Alış-verişə çıxdıq, qardaşının qarderobunu bir yerdə topladıq. İndi o da qardaşının doğulmasını səbirsizliklə gözləyir. Dünyaya gələndən sonra nə olacaq bilmirəm. İpəyimi diqqətdən kənar və sevgisiz qoymaq fikrim yoxdur. Nə qədər yorğun, yuxusuz olsam da, bunu bir formada tarazlaşdıracam. Oğlumun adını bacısı İpək qoyub – Əli. Atası ilə mən də ikinci ad seçdik – Can. İlk övladımda olduğu kimi bu dəfə də oğlumu təbii yolla dünyaya gətirməyi düşünürəm. Allah ana olmağa hazırlaşan bütün xanımlara kömək olsun”.

Qeyd edək ki, İ.İbrahimova Ceyhun İzər adlı türkiyəli iş adamı ilə ailə qurub. İfaçı İstanbulda yaşayır.