Toylarda hansı bayağı mahnıları istəyirlər? - sorğu

Toylarda hansı bayağı mahnıları istəyirlər? -  sorğu
4318 dəfə oxunub
  • A-
  • A
  • A+
“Onlar” verilişi müğənnilər arasında sorğu apararaq, sənətçilərin toylarda hansı bayağı mahnıları səsləndirdiyini öyrənib.

Axşam.az həmin sorğunu təqdim edir:

Müğənni İradə İbrahimova – Bu cür mahnı istəyəndə deyirəm ki, repertuarımda o yoxdur. Ona görə toya gedəndə yanımda elə müğənni götürürəm, toy sahibi istəyəndə həmin şəxs ifa edir. İradəni tədbirinə dəvət edən repertuarına da bələddir.

Müğənni Sevda Yahyayeva – O cür mahnılar istəyən olur. Amma sağ olsunlar ki, məni repertuarıma görə çağırırlar. Bir dəfə məndən “Sarı çiçəyim” mahnısını istəmişdilər. Əlbəttə, oxumadım. Heç vaxt "heç vaxt" demək olmaz. Elə məqam gələr ki, oxuyarsan.

Müğənni Günay İbrahimli – Toya gedəndə yanımda başqa ifaçı olur. Elə mahnı istəyəndə o ifa edir.

Müğənni Gülay Zeynallı – Bəzi insanlar var ki, deyir mən toyda elə mahnılar oxumuram. Toy sahibi pul ödəyib, müğənni gətirir. Mahnı istəyəndə etiraz edə bilmərik. Orada kapriz etmək haqqımız yoxdur. “Heç vaxt oxumaram” deyənlərin idarə etdiyi toya getsən, saat 6-dan 12-yə kimi elə o cür musiqilər ifa edirlər. Nadir Qafarzadənin "Maral” mahnısı çox sevildi, hamı onu bayağı adlandırdı. Toyda məndən istəyirlər, çox gözəl də ifa edirəm.
 
Müğənni Elton Hüseynəliyev – “Cancana” mahnısı var, rayon toylarından birində oxundu və sevildi. Məclisdə istəyiblər, mən də oxumuşam.