Mobil telefonların qeydiyyat müddəti azaldıldı - Azərbaycanda

Mobil telefonların qeydiyyat müddəti azaldıldı - Azərbaycanda
2053 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəyə gətirilən mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 60 gündən 30 günə kimi azaldıb. 

Axşam.az-ın nazirliyə istinadən məlumatına görə, əvvəl qeydiyyat müddətinin uzadılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etmək olub.

Hazırda respublika ərazisinə gətirilən mobil qurğuları 30 gün ərzində qeydiyyatdan keçirmək lazımdır. Bu qayda Azərbaycana gələn, mobil telefonların rouminq xidmətindən istifadə edən turist və qonaqlara tətbiq edilmir.

Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.

Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür. Qeydiyyat 24 saat ərzində həyata keçirilir.