"Fərda hamını təəccübləndirəcək və ağladacaq"

"Fərda hamını təəccübləndirəcək və ağladacaq"
6212 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Kənan M.M.-in lentə aldığı "Gecə qonağı” filminin çəkilişləri başa çatıb.

Axşam.az-ın məlumatına görə, filmin reklam çarxı yayımlanıb.

Rejissor əməkdaşımızla söhbətində yeni işindən bəhs edib:

“Sentyabrın 24-dən etibarən film kinoteatrlarda nümayiş olunacaq. 22-də isə media üçün baxış keçiriləcək. Maraqlı bir ekran işi ərsəyə gətirmişik. Ssenari müəllifi İlqar Fəhmidir. Ən maraqlı məqamlardan biri Fərda Xudaverdiyevin dramatik bir obrazda olmasıdır. Onu hər zaman komediya filmlərində görürdük. Burada Fərda hamını təəccübləndirəcək və ağladacaq. Tamaşaçı təəssüf hissi keçirəcək ki, sonu niyə belə bitdi? Həyatın yazılmayan qanunları və məntiqləri var. Film də bunun üzərində qurulub”.

Aparıcı Kəmalə Piriyevanın, aktrisa Pərvin Abıyevanın və rejissorun özünün də rol aldığı filmin çəkilişləri 1 ay davam edib.

Kənan M.M. yeni ekran işi ilə bağlı da xəbər verib:

“Qayıdış” adlı filmin çəkilişləri davam edir. Ssenari İlqar Fəhminindir. Baş rolda mən və Elşən Rüstəmov çəkilib. Dramadır. On ildən sonra görüşən ər və arvadın hekayəsi əks olunub. Bu film dekabrda nümayiş olunacaq”.