Əmrahın ailəsinə bıçaqla hücum çəkdilər

Əmrahın ailəsinə bıçaqla hücum çəkdilər
3465 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əmrahın ailəsi Bodrumdakı qonşuları tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Axşam. az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə oğlu Elyasa ilə fotosunu paylaşan müğənni haqqında bir qədər sonra inanılmaz informasiyalar yayılmağa başlayıb. Məsələ ilə əlaqədar Əmrahın meneceri Engin Esen açıqlama verib:

“Əmrah İstanbulda olarkən Bodrumdakı qonşuları onun həyat yoldaşı ilə ailəsinə bıçaq və dəyənəklə hücum çəkiblər. Onlar ifaçının evinin bağçasını talan edərək şəxsi mülkə ziyan vurublar. Hücum zamanı yüngül bıçaq xəsarətləri olub. Məsələ ilə əlaqədar Ərdoğan ailəsi (Əmrahın xanımı Sibel Ərdoğanın ailəsi – red.) polisə müraciət edib. Məsələyə lazımi hüquqi qiymət veriləcək. Məsələ ilə bağlı araşdırmalar davam edir”.