Roza bu dəfə mingəçevirliləri sevindirəcək

Roza bu dəfə mingəçevirliləri sevindirəcək
1522 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli bölgələrdə planlaşdırdığı yay turnesi çərçivəsində avqustun 2-də Mingəçevir Dövlət Dram Teatrında solo konsert verəcək.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəzən rayonunda olub:

“Avqustun 2-də Mingəçevir şəhərində solo konsertim olacaq. Biz bu konsertləri “Bakı vaxtı ilə hər bir obada” adı altında, “Ben prodakşn”ın dəstəyi ilə həyata keçiririk. Siyəzəndəki konsertimiz möhtəşəm oldu. Bu tədbir “Baku 2015”in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr ediləcək". 

Qeyd edək ki, aparıcılığı Zabir Əliyevə həvalə olunan konsertdə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edəcək. Gecədə qonaq qismində şou-biznesin bir sıra nümayəndələrinin də olacağı gözlənilir.