İtmiş aktyor tapıldı

İtmiş aktyor tapıldı
4623 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddətdir itmiş aktyor Arda Kural tapılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vaxtilə çəkildiyi seriallarla məşhur olan və “Türkiyənin Leonardo Di Kapriosu” adlandırılan aktyor xəstəxanaların birində üzə çıxıb.

Ardanın anası Gülnur Kuralın “Təhlükəsizliyindən ehtiyat edirəm” sözlərindən sonra aktyorun axtarışına başlanılıb. Onun Büyükçekmece bələdiyyəsinin köməyi ilə xəstəxanaya yerləşdirildiyi və müalicə aldığı məlum olub. Bələdiyyə sədri A.Kural xəstəxanadan çıxdıqdan sonra onun evlə də təmin ediləcəyini bildirib. Arda bir müddət anası ilə yaşamaq istəmədiyini deyib.

Qeyd edək ki, aktyorun anası ilə münasibətinin yaxşı olmadığı söylənilir.