Tacirin qardaşının dənizdə batmasının səbəbi

Tacirin qardaşının dənizdə batmasının səbəbi
13606 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batmasının bəzi detalları məlum olub.

Axşam.az-ın APA TV-yə istinadən xəbərinə görə, hadisə Novxanı çimərliyində baş verib.

36 yaşlı Mahir Şahmalı oğlu Allahverdiyev, onun bacısı oğlu, dostu və bir qadın iki skuterlə dəniz gəzintisinə çıxıblar. Mahir Allahverdiyev gəzintiyə çıxmazdan əvvəl üzərindəki qoruyucu jileti yanındakı qadına verib. Gəzinti zamanı qeyri-müəyyən səbəblərdən skuterlərin hər ikisi aşıb. Üzərində qoruyucu jilet olan üç nəfər xilas olsa da, Mahir Allahverdiyev batıb.

Hadisədən dərhal sonra dənizdə 36 yaşlı kişinin axtarışlarına başlanılıb. Mahir Allahverdiyevin ailə üzvləri və yaxınları sahilə toplaşaraq, həyəcanla gözləməyə başlayıblar. Xilasedicilərin səylərinə baxmayaraq, gecəyədək Mahir Allahverdiyevi tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Mahir Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. Onun 2 azyaşlı övladı - 3 yaşlı qızı, 1 yaşlı oğlu var.