Fəxrəddin Manafovla Fuad Poladov eyni səhnəni paylaşacaq

Fəxrəddin Manafovla Fuad Poladov eyni səhnəni paylaşacaq
1119 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artistləri Fəxrəddin Manafov və Fuad Poladov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Elçinin "Cəhənnəm sakinləri" pyesi üzrə yeni tamaşada rol alacaqlar.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə teatrın direktoru İsrafil İsrafilov məlumat verib.
 
Onun sözlərinə görə, yeni mövsümdə tamaşaçıları bir sıra maraqlı tamaşalar gözləyir:

"Artıq səhnəmizdə yeni simalar görünəcək. Fəxrəddin Manafovu Akademik Milli Dram Teatrına dəvət etmişik".