Türkiyədə məşhur olan azərbaycanlılar

Türkiyədə məşhur olan azərbaycanlılar
16789 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə mətbuatı ölkələrində tanınan, əslən azərbaycanlı olan məşhurların siyahısını hazırlayıb.

Axşam.az-ın məlumatına görə, “Azərbaycanın həyatımıza daxil etdiyi 9 məşhur” başlıqlı yazıda bu gün mahnısı, aktyorluğu ilə tanınan, sevdiyimiz ulduzlar yer alıb.

Həmin siyahını təqdim edirik:

1. Günel Zeynalova

Türkiyəli müğənni İbrahim Tatlısəsin kəşf etdiyi balaca Günel böyüyüb gözəl xanım olub. Buna baxmayaraq o, türklər üçün hələ də kiçik Azəri qızı olaraq qalıb.

2. Ataol Bəhramoğlu

Əslən azərbaycanlı olan, “Gürüs” soyadlı şair ilk şeirlərində "Ataol Gürüs” ləqəbindən istifadə edirdi. Daha sonra isə soyadını Bəhramoğlu olaraq dəyişdirib.



3. Tuğba Əkinçi

“O şimdi asker” mahnısı ilə tanınan Karsda dünyaya gələn Tuğba Əkinçi də əslən azərbaycanlıdır.



4. Tamer Karadağlı

Sərt xarakteri ilə tanınan Tamer də Azərbaycandandır.



5. Başak Sayan

Atası azərbaycanlı olan aktrisa da Türkiyədə tanınanlar arasındadır.



6. Çağla Şikəl

Türkiyənin ən məşhur modellərindən biridir. Özü İstanbulda dünyaya gəlsə də, atası Azərbaycan türklərindəndir.



7. Reza Sarraf

Azərbaycanlı kürəkən Sarraf Türkiyəyə gələn gündən adı qalmaqallarda hallanır.



8. Cem Karaca

Mərhum müğənni bəstəkar, teatr işçisi, aktyor kimi də tanınırdı. Atası azərbaycanlıdır.



9. Elnur Hüseynov

“O səs Türkiyə” yarışmasıyla tanınan Elnur Hüseynov gözəl səsi və mülayim siması ilə özünü sevdirməyi bacarıb. Elnur 2008-ci və 2015-ci illərdə Azərbaycanı “Eurovision”da təmsil edib.