Minarə ayrılma xəbərlərinə son qoydu: "9 aydır bir-birimizi görmürük"

Minarə ayrılma xəbərlərinə son qoydu:  "9 aydır bir-birimizi görmürük"
10026 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Minarə Allahverdiyeva prodüser həyat yoldaşı Cenk İçtənlə ayrılma xəbərlərinə aydınlıq gətirib.

Axşam.az-a açıqlama verən model 9 aydır görüşmədiklərini bildirib:

“Cenk hazırda Türkiyədədir. Dekabrdan bu yana orada işləyir. Mən onunla gedə bilmədim, çünki işlərim var. Burada çalışıram. Heç yay ərəfəsində də imkan tapıb nə o gələ, nə də mən gedə bilmədim. Ayrılmamışıq, münasibətlərimiz yaxşıdır, danışırıq. Sadəcə, 9 aydır bir-birimizi görə bilmirik. Şəxsi həyatımla bağlı danışmağı sevmirəm. Belə hallarla gündəmə gəlmək xoş deyil”.

Qeyd edək ki, Cenk və Minarə cütlüyü 2014-cü ilin fevralında ailə qurub. Cütlüyün Məryəm Nur adlı bir qızı var. Bu hər iki tanınmışın ikinci evliliyidir.