"Facebook"dan yeni rekord

"Facebook"dan yeni rekord
2168 dəfə oxunub
  • A-
  • A
  • A+

"Facebook" sosial şəbəkəsi yeni rekord qırıb.

Axşam.az-ın BBC-yə istinadən məlumatına görə, xidmətin yaradıcısı Mark Zukerberq saytdan ilk dəfə bir gündə milyarddan çox istifadəçinin istifadə etdiyini açıqlayıb. O, rekordun bazar ertəsi qırıldığını vurğulayıb.

Mark əlavə edib ki, həmin gün dünyadakı hər yeddi insandan birinin dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "Facebook"dan istifadə edib.

Qeyd edək ki, Feysbuk milyardıncı istifadəçisini 2012-ci ilin noyabrında qazanıb. Saytın iyul ayındakı iddiasına görə, dünyadakı internet istifadəçilərinin yarısından çoxu ən az bir dəfə "Facebook"u ziyarət edib.