Şəkidə Motofestival zamanı bədbəxt hadisə

Şəkidə Motofestival zamanı bədbəxt hadisə
4671 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Şəki şəhərində start götürən 4-cü Beynəlxalq Moto Festivalı zamanı bədbəxt hadisə baş verib.

Axşam.az report-a istinadən xəbər verir ki, yerli və xarici baykerlərin iştirakı ilə təşkil edilən festivalda qəza baş verib.

Belə ki, baykerlərdən biri, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Babayev Elçin Fikrət oğlu idarəetməni itirərək motosikleti yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində sürücü və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qızın vəziyyəti ağır olduğundan, o Reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül kəllə-beyin travması alan Elçin Babayevin vəziyyəti isə qənaətbəxşdir.

Hadisə Şəki Olimpiya Kompleksinə yaxın ərazidə baş verib.