"Həkimlər 24 saat yanında olurlar" - Habil Əliyevin xanımı

"Həkimlər 24 saat yanında olurlar" -  Habil Əliyevin xanımı
1432 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti, kaman ustası Habil Əliyevin vəziyyəti orta-ağır olaraq qalır.
 
Axşam.az xəbər verir ki, bu barədə APA-ya sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib.

Onun sözlərinə görə, müalicələr evdə davam edir:

“Vəziyyətinin yaxşı olduğunu deyə bilmərəm. Həkimlər 24 saat yanında olurlar. Ümidimiz Allaha qalıb. Sağ olsunlar, həkimlər, dövlət əllərindən nə gəlirsə, edirlər. Bütün müalicələri yüksək səviyyədə aparılır. Hələ ki, vəziyyətində ciddi mənada irəliləyiş yoxdur”.
 
Qeyd edək ki, Habil Əliyev ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.