Çağla Şikel əsəbiləşdi: "Siz kişilər anlaya bilməzsiniz"

Çağla Şikel əsəbiləşdi: "Siz kişilər anlaya bilməzsiniz"
4230 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Çağla Şikel İnstaqramda onun ana olmasını tənqid edənlərə əsəbiləşib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, uşaqları haqda mövzularda çox həssas olan Çağla yazılanlara belə cavab verib:

"Hər mövzuda bir az başadüşən ola bilərəm, amma analıq mövzusunda çox həssasam. Bu haqda xəbər yazan dostlara səslənirəm. Bir qadın ana olduğunu hamiləliyinin lap əvvəlində başa düşər və hiss edər. Saçının telindən dırnaqlarına qədər həm fiziki, həm mənəvi dəyişiklik yaşayar. Sonra da körpəsi ilə birgə tayı-bərabəri olmayan hisslərlə böyüyür və böyüdür. Siz kişilər həyatınız boyunca yaşaya bilməyəcəyiniz bir duyğu üçün çox danışmasanız, sadəcə ananızdan bu haqda soruşsanız yaxşı edərsiniz. Hörmətlə".

Qeyd edək ki, Çağla bütün yayı uşaqları və anası ilə birgə Bodrumda keçirib.