Müğənni Röya Ayxan “Söylə” adlı mahnısı ilə bağlı maraqlı fakt açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bəstənin çox bahalı olduğunu bildirib:
“Solo karyerama yeni başlamışdım. Nailə Mirməmmədlinin yanına gedib, mahnı istədim. Ən ucuz mahnısını seçdim ki, gücüm çatsın. 8 ay işləyib pul yığdım ki, bəstəni ala bilim. İlk klipimi də elə həmin mahnıya çəkdirdim”.