Məşhur serialdan Yeni il sürprizi - video

Məşhur serialdan Yeni il sürprizi - video
948 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şerlok" serialının fanatları, nəhayət ki, sevinə bilər.

Axşam.az-ın məlumatına görə, sonuncu dəfə keçən ilin əvvəlində yayımlanan ekran işi fanatlarına xüsusi Yeni İl buraxılışı hazırlayıb. İlin sonunda yayımlanacaq seriyada Şerlok Holms və Doktor Uatson yeni axtarışlara çıxacaqlar.

Qeyd edək ki, BBC-nin çəkdiyi serialın baş rollarında "Oskar"a namizəd Benedikt Kamberbetç və "Bafta", "Emmi" kimi mükafatların qalibi Martin Frimen çəkilib. Serialın dördüncü mövsümünün çıxacağı elan olunsa da, hələ ki təqdim olunmayıb.