Abid Şərifov göz yaşlarını saxlaya bilmədi - video

Abid Şərifov göz yaşlarını saxlaya bilmədi - video
4095 dəfə oxunub
  • A-
  • A
  • A+
Baş nazirin müavini Abid Şərifov Türkiyənin Azərbaycandakı səfirliyində Ankarada baş vermiş terror zamanı həlak olanların xatirəsinə həsr olunmuş gecədə iştirak edib.

Axşam.az “Sabah”a istinadən xəbər verir ki, xatirə dəftərini imzalayan nazir müavini göz yaşlarını saxlaya bilməyib. O, “Türk xalqının başı sağ olsun. Şəhid ailələrinə səbr diləyirəm. Türk xalqına səbr diləyirəm. Bu sonuncu kədərimiz olsun” deyərək ağlayıb.

Qeyd edək ki, xatirə gecəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və digər vəzifəli şəxslər iştirak ediblər.