46 yaşlı Cey Lodan rəqs şousu - video

46 yaşlı Cey Lodan rəqs şousu - video
3053 dəfə oxunub
  • A-
  • A
  • A+

Los-Ancelesdə "American Music Awards" səhnəsində maraqlı anlar baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gecənin ən maraqlı qonağı pop ulduz Cennifer Lopez olub. O, səhnə çıxışında həmkarlarının mahnılarından böyük rəqs nömrəsi hazırlayıb.

Özünün "Waiting For Tonight” mahnısı ilə çıxışa başlayan Cey Lo daha sonra Bruno Mars, Niki Minaj, Beyons, Castin Biber, "Weeknd", Rihannanın mahnıları ilə rəqsə davam edib.

Bir neçə dəfə səhnədə görünən müğənni hər çıxışında geyimi ilə tamaşaçıları heyrətləndirib. Fərqli obrazlarda çıxış edən Cey Lo 46 yaşına rəğmən hələ də formada olduğunu nümayiş etdirib.