Anardan Rozaya: "Yuvayıxan"

Anardan Rozaya:  "Yuvayıxan"
7570 dəfə oxunub
  • A-
  • A
  • A+
Stilist Anar Ağakişiyev müğənni Roza Zərgərlinin onun ünvanına dediyi "Şəxsiyyəti bəlli olmayan insan" ifadəsinə sərt cavab verib.

Axşam.az-a açıqlama verən stilist ifaçını özünü onunla reklam etməkdə günahlandırıb:

"Onun bu sözlərinə gülməyim gəlir. Özünü təsdiqləyə bilməyən insan mənə şəxsiyyətsiz deyə bilməz. O, patoloji bir yalançıdır. Getsin, borclarını ödəsin. Şəhərdə o insan yoxdur deməsin ki, "Rozanın mənə borcu var". Verilişlərin 60 faizinin qapısı üzünə bağlıdır. "Maşın" şouda mənimlə birlikdə olan çıxışını yadına salsın. Getsin, meyxanasını oxusun. Məndən hədsiz aşağı səviyyədə olan insan haqqında danışıb onu reklam etmək istəmərəm. Mənim cavabım onun üçün piardır".

A.Ağakişiyev sənətçinin "Zövqsüz idimsə, niyə mənlə işləyirdi" sözlərinə də cavab verib:

"Zövqsüz olub, olacaq da. Bəli, onunla birlikdə işləmişəm. Bunun üçün də məndən xahiş edib. Xeyirxah insan olduğum üçün onunla işlədim. Tamaşaçı da yaxşı görür ki, mənim zamanımda necə görünürdü, indi necə. Şəxsiyyətimi ona göstərərəm. Dili uzanmasın. "Yuvayıxan", bundan artıq bacarığı yoxdur. Ağzını açıb nəsə desə, faktla sübut edəcəyəm. O mənə, Aygün Kazımovaya söz atmaqla ucuz klipini piar edir".

Stilist R.Zərgərlini məhkəməyə verməklə hədələyib:

"Birdə çaşsa, onu məhkəmə yolu ilə susduracam. Ona ayırmağa nə vaxtım, nə də həvəsim yoxdur. Getsin, yayılan ədəbsiz fotolarının dərdini çəksin".