Türkiyəli iştirakçı Şövkət Ələkbərovadan oxudu - video

Türkiyəli iştirakçı Şövkət Ələkbərovadan oxudu - video
4567 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə"də türkiyəli iştirakçı Qamze Çavdar münsifləri təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, o, Şövkət Ələkbərovanın repertuarından Tofiq Quliyevin bəstəsi olan “Axşam” mahnısını səsləndirib.

Münsiflər əvvəl səhnədəki yarışmaçının azərbaycanlı olduğunu düşündüklərini deyiblər. Opera musiqisi üzrə təhsil alan Qamze isə Azərbaycan mahnılarını sevdiyi üçün bu seçimi etdiyini vurğulayıb. Bütün münsifləri özünə tərəf döndürən iştirakçı sonra Murad Bozu seçib.

Qeyd edək ki, “O səs Türkiyə”nin münsif kürsüsündə müğənnilər Ebru Gündeş, Murad Boz, Hadise, Gökhan və Hakan Özoğuz əyləşib.