"İlhamə Quliyeva dedi ki, Aygün haqqında elə söz işlətməmişəm"

"İlhamə Quliyeva dedi ki, Aygün haqqında elə söz işlətməmişəm"
8984 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Cavanşir Məmmədov xalq artistləri İlhamə Quliyeva və Aygün Kazımova qalmaqalından  danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “Bizimləsən” verilişində İ.Quliyeva ilə telefonla danışdığını və məsələyə aydınlıq gətirdiyini deyib:

“Dünən İlhamə Quliyeva ilə telefonla danışdım. Bir az dərdləşdik. Sual verdim ki, mediada açıqlamalarınız gedir. Qayıtdı ki, “Mən Aygün Kazımova haqqında elə söz deməmişəm. Məktubu hara yayıb, onu dəqiqləşdirmək istəyirəm. Mənim işim saytladır, Aygünlə yox”.

Qeyd edək ki, A.Kazımova İ.Quliyeva ilə bağlı "İlhamə məni də şərləməyə çalışıb" sözlərini demişdi. İ.Quliyeva isə onu məhkəməyə verib, 1 milyon manat təzminat alacağını bildirmişdi.