Şahzadənin şərəfinə dodaq boyası hazırlanır

Şahzadənin şərəfinə dodaq boyası hazırlanır
3496 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Midltonun qızı Şarlottanın şərəfinə yeni dodaq boyası hazırlanır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Marc Jacobs” brendi balaca şahzadənin adını daşıyan dodaq boyası istehsalına başlayıb. Firmanın vitse-prezidenti və baş direktoru Ketrin Qor açıqlamasında “Le Marc” brendinin yeni dodaq boyasının hazırlanmasında ingilis qızılgülünün rəng çalarından istifadə olunub. Bu pomadaların istehsalı ilə biz brendimiz üçün vacib mərhələni adlamaq istəyirik” deyib.

Qeyd edək ki, şahzadə Şarlotta ötən ilin mayın 2-də dünyaya gəlib. Uilyamla Keytin Corc adlı 2 yaşlı oğlu da var.