Kıvanç Tatlıtuğun toyu haqda ilk məlumatlar - fotolar

Kıvanç Tatlıtuğun toyu haqda ilk məlumatlar - fotolar
2615 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 19-da Parisdə aktyor Kıvanç Tatlıtuğ və sevgilisi Başak Dizerin toyu baş tutacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Parisdə yerləşən Türkiyə səfirliyində keçiriləcək mərasimdə 45 nəfər iştirak edəcək. Bu günlərdə barmağında nişan üzüyü ilə görünən Kıvanc nikah barədə suallardan yayınıb.

Cütlüyün nikah şahidliyini "Ay Yapım"ın rəhbəri Kerem Çatay olacaq. Dəvətlilər fevralın 18-22-i aralığında Parisdə qalacaqlar. Qonaqlar arasında Yolante Kabau-Uesli Sneyder, Sedef Avcı-Kıvanc Kasabalı, Tanem Sivar-Edhem Dirvana, Ekrem Çatay kimi tanınmışlar var.

Tatlıtuğ qonaqlarının yol və otel xərcləri üçün 600 min lirə (təxminən 300 min manat) xərcləyib. Kıvanç nişanlısına 100 min dollarlıq üzük alıb. Aktyorun anası Nurten Tatlıtuğ böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün həkimi icazə verərsə, Parisə gedə biləcək.