"Başıma gələnlər "yanlış adam" səbəbindəndir"

"Başıma gələnlər "yanlış adam" səbəbindəndir"
3644 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotik ticarəti cinayətindən həbs olunan müğənni Dəniz Səkinin “Dənizin dibi” kitabı satışa çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı kitabında başına gələnlərin səbəbini “yanlış eşq və yanlış adam” kimi dəyərləndirib. Dəniz kitabında haqqında tutulma əmri verilməsindən, fərarilik etməsi və daha sonra polis tərəfindən ələ keçirilməsinədək hər bir hadisəni qeydə alıb.
 
D.Səki onun tez-tez ziyarət edən sevgilisi Faruk Salmandan da yazıb:

“Yarım yox, sən mənim hər şeyimsənmiş. İstəmədən xətrinə dəymişəm, özümü günahlandırıram” deyir. Çox pis oluram. Mən də “Az qaldı, pis günlər keçəcək. Səni çox sevirəm. Qovuşacağıq və heç vaxt ayrılmayacağıq” deyirəm".