Azərbaycanlı qızlar Buraka görə izdiham yaratdı - video+fotolar

Azərbaycanlı qızlar Buraka görə izdiham yaratdı -  video+fotolar
8154 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyorlar Burak Özçivit və Aslı Ənvər Nizami Kino Mərkəzində “Kardeşim benim” filminin qala gecəsinə qatılıb.

Axşam.az-ın məlumatına görə, film nümayişindən sonra aktyorlar media nümayəndələri ilə görüşüb.

Burak baş rolda oynadığı filmindən bəhs edib:

“Vacib olan uyğunluqdur. Bizdə də filmdə rol alan bütün aktyorlar bir-birini tamamlayırdı. Kaprizlərimiz olmur. Murad Bozla dostuq. Film haqqında düşünəndə, ilk ona təklif etdim. Bir qardaşlıq filmi etmək istədim, ağlıma gələn ilk ad da Murad oldu. Muradın türk xalqı üzərindəki təsirini bilirsiniz. Onu sevən çoxdur. Ailə bağlarına sadiq insanlarıq. Bir-birimizi də çox istəyirik. Bu layihəni tamamlayan ad isə Aslı ola biləcəkdi. Filmin ikinci hissəsinin olub-olmayacağını bilmirik. Bu tamaşaçıdan asılıdır. Çəkilişlər çox gözəl keçdi. İndi də bir araya gələndə danışır, o anları xatırlayırıq”.

Burak Özçivit Bakıda qarşılaşdığı izdihamdan da danışıb:

“Bu mənim ilk səfərim deyil. Bundan əvvəl də Bakıya gələndə belə sevgi görmüşdüm. Ona görə də indiki izdihama təəccüblənmədim. Bu qədər gözəl qarşılanacağımızı bilirdim”.

Filmin digər baş rol ifaçısı Aslı Enver Bakının gözəl şəhər olduğunu deyib:

“Təklif filmin çəkilişləri başlamazdan 5 gün əvvəl gəldi. Qısa vaxtda ssenarini oxudum və razılıq verdim. Çox da xoşbəxtəm. Bu gün marağı gördükcə, düzgün qərar vediyimə əmin oluram. Şəhərdə bir az gəzdim. Çox gözəl bir şəhəriniz var”.

Foto: Ramin ASLANOV