İki küsülü müğənni bir arada – foto

İki küsülü müğənni bir arada – foto
4573 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir küsülü olan müğənni Ayan Babakişiyeva və Aysel Əlizadə bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçilər aparıcı Vüsalə Əlizadənin qızı Diləyin ad günü mərasimində üz-üzə gəlib. Onlar fotokamera qarşısına keçib, şəkil də çəkdiriblər. Ayan və Aysel bir-biri ilə danışmamağa çalışıb.

Qeyd edək ki, sənətçilər arasındakı qalmaqal “Ay Zaur” verilişinin çəkilişi zamanı başlamışdı.

A.Babakişiyeva proqramın Gəncədə baş tutan çəkilişinə Ayseli dəvət etmiş, o isə gəlməmişdi.