"Ponna Cotta", Tərəvəzli toyuq rosto - "Günün menyusu"

"Ponna Cotta", Tərəvəzli toyuq rosto - "Günün menyusu"
2575 dəfə oxunub
  • A-
  • A
  • A+

 

Axşam.az "Günün menyusu"nu təqdim edir:

Tərəvəzli toyuq rosto

Ərzaqlar:
Sarımsaq - 2 diş
Soğan - 1 ədəd
Yumurta - 1 ədəd
Suxarı unu - 2 x.q.
Holland pendiri - 100 qr.
Duz, istiot, qırmızı bibər, kəklik otu zövqə görə
Toyuq qiyməsi 300 qr.
Qırmızı bibər - 1 ədəd

Hazırlanması:
Toyuq qiyməsinin üzərinə yumurtanı, duzu, qara və qırmızı istiotu, suxarı ununu, kəklikotunu, xırda doğranmış soğanı, sarımsağı və rəndələnmiş holland pendirini əlavə edib qarışdırın. Bibəri xırda doğrayıb ətə əlavə edin. Qarışığı yağlı kağızın üstünə töküb, forma verib 30-40 dəqiqə 200 dərəcə isidilmiş sobada bişirin.
Panna Cotta

Ərzaqlar:
Qaymaq - 150 ml.
Yoqurt - 4 ədəd
Şəkər tozu - 3  x/q.
Jelatin - 2 paket

Hazırlanması:
Jelatini paketin üstündə yazıldığı  qayda ilə hazırla. Digər qaba qaymaq və şəkər tozu töküb, sobada qaynayana və  şəkər əriyənə qədər qarışdıra-qarışdıra bişir. Qabı sobadan götürüb, üzərinə  hazırladığın jelatini töküb, qarışdır. Kənarda yoqurtu mikserlə çalıb, qaymaqlı  qarışığa əlavə et. Alınan qarışığı qablara töküb, 5-6 saat soyuducuda saxla.  Sonra «Panna cotta»nı boşqaba çevirib, üstünə istədiyin meyvə siropu, ərinmiş  şokolad və ya mürəbbə şirəsi tök. Süfrəyə verərkən üzərinə istədiyin meyvədən  düz.