İzzət 8 övladı ilə ilk dəfə - fotolar

İzzət 8 övladı ilə ilk dəfə -  fotolar
9213 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni İzzet Yıldızhan 8 övladı ilə ilk dəfə fotokamera qarşısına keçib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı ailəsindən bəhs edib:

"Məni həyatda hər şeydən çox övladlarım həyəcanlandırır. Beşulduzlu dünya brendi olan otelin sahibiyəm. Ankarada iş mərkəzi açmışam. Eyni zamanda da müğənniyəm. Uşaqlarıma çətinliklə vaxt ayıra bilirəm. Ailəmi bir yerdə tutmağa çalışıram. O vaxtlar ailə bağları daha möhkəm olurdu. Bizim nəsil 2500 nəfərdən ibarətdir. Övladlarımın hamısı təhsil alır. Mənim onlara vəsiyyət etdiyim otelim, pulum, var-dövlətim bitər, amma aldıqları savad bitməz. Ona görə də təhsillərinə xüsusi diqqət ayırıram".