Orxan Babazadə şou-biznesə qayıdır – audio

Orxan Babazadə şou-biznesə qayıdır – audio
3018 dəfə oxunub
  • A-
  • A
  • A+
Biznesmen müğənni Orxan Babazadə uzun fasilədən sonra yenidən sənətinə qayıdır.

Axşam.az-ın məlumatına görə, ötən il hərbi xidmətə yollanan ifaçı artıq əsgərliyini başa vurub. O, bundan sonra yeniliklərlə sevənlərinin görüşünə gələcəyini deyib:

“Vətənə olan sevgim sonsuzdur. Lazım olsa, torpaqlarımızı düşməndən azad etmək üçün əsgərlərlə birgə səngərdə vuruşmağa hazıram. Əsgərlikdən qayıtdım, yaradıcılığımla məşğulam. Yaxın günlərdə yeni klip çəkdirəcəm. Yeni səsləndirdiyim “Ben yoruldum heyat” adlı mahnım artıq hazırdır. Bu bəstə Türkiyədə məşhurdur. Yaxın günlərdə həmin bəstəyə Əsmər Kamilqızının rejissorluğu ilə klip çəkdirəcəyəm. İnanıram ki, mahnı Türkiyədə sevildiyi kimi mənim ifamda Bakıda da seviləcək”.