"WhatsApp" yenilənəcək

"WhatsApp" yenilənəcək
7307 dəfə oxunub
  • A-
  • A
  • A+
"WhatsApp" messencerinə səsli poçt, "zəng etmək" və "ZIP" formatlı faylların dəstəklənməsi kimi yeni funksiyalar əlavə ediləcək.

Axşam.az "ictnews"a istinadən bildirir ki, Messencerin yaradıcıları buraxılmış çağırışların diqqətdən kənarda qalmaması üçün "zəng etmək" düyməsinin əlavə edilməsini planlaşdırırlar. Mobil proqramı açmadan bu funksiyadan istifadə etmək mümkün olacaq.

Səsli poçt iki mərhələdən ibarət olacaq: səsli mesajın yazılması və zəng zamanı ünvana göndərilmə.

Bundan başqa, messencerdə "zip" formatında arxivlərin göndərilməsi dəstəyi əlçatan ola bilər. İndiki versiya "pdf", "vcf", "docx" və "docs" formatında sənədlərin göndərilməsinə imkan verir.

Çoxdan gözlənilən videozənglər haqda hələ ki məlumat verilmir. Bu yaxınlarda məlum olub ki, "WhatsApp" messenceri məlumatları kənar müdaxilədən mühafizə etmək üçün istifadəçilərin mesajlarını şifrləməyə başlayıb.